Mingəçevir-Bəhramtəpə Yolunun yenidənqurulmasi,
Lot 1: Mingəcevir- Mingəçevir Stansiyası yolu
2015 - 2017
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Yolun ümumi uzunluğu
16,50 km
Hərəkət zolağının eni
3,75 m
Hərəkət zolaqlarının sayı
2 zolaq
Yol örtüyünün ümumi sahəsi
168 000 m2
Asfaltbeton örtüyünün qalınlığı
270 mm
Torpaq işləri (qazma və tökmə torpaq)
307 000 m3
Döşənək lay
146 000 m3
Qırmadaş qarışığı
66 700 m3
Asfaltbeton qarışığı
107 000 ton
Körpülərin sayı
1 ədəd
Tikinti işlərinə 2016-cı ilin yanvar ayında başlanmışdır.
Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.
Mingəçevir şəhəri - Mingəçevir dəmir yolu stansiyası avtomobil yolunun yenidənqurulması ilə nəqliyyatın Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.
Tikinti işləri 2017-ci ilin 16 iyul tarixində başa çatdırılmışdır.