Milli.az

2010-cu ilin “İlin Şirkəti” Milli Mükafatının laureatları açıqlandı

20 dekabr 2010

Dekabrın 18-də, hər il təqdim olunan “İlin Şirkəti” Milli Mükafatının laureatlarının adları açıqlandı. Milli.Az xəbər portalının məlumatına görə, bu il nüfuzlu mükafata layiq görülmüş 33 laureat arasında Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nümayəndələrinin adları var. Mükafatın təqdimatının Baş Sponsoru Nar Mobile idi.

“Gülüstan” sarayında keçirilmiş təntənəli mərasimin iştirakçılarına müraciət edərək, mükafatın təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd etdi ki, bu nüfuzlu mükafat, 2010-cu ilin nəticələri üzrə böyük nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunub: «Biz mükafatın əsas məqsədini Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasında, eləcə də milli biznesin müsbət imicinin formalaşmasında görürük. “İlin Şirkəti” Mükafatının laureatlarından bir çoxu təkcə Azərbaycanın yox, həmçinin bütünlüklə Cənubi Qafqazın və Xəzəryanı regionun ən böyük şirkətləridir», - deyə İ.Baharov qeyd etdi.

2010-cu ilin nəticələrinə görə “İlin şirkəti” Milli Mükafatına layiq görülmüş şirkətlərin siyahısı:
Qrand Pri - Xalqın seçimi - Nar Mobile
İlin Bankı - Kapital Bank
İlin sığorta şirkəti - Dövlət Sığorta Şirkəti
Yanacaqdoldurma məntəqləri şəbəkəsi - Azpetrol
Yol inşaatı - Azvirt
İlin tikinti şirkəti - Azərkörpü
Balıq məhsulları - Caspian Fish
İlin televiziya şirkəti - Xəzər TV
İlin uğurlu debyutu - Pal Dad
Nano-texnologiyalı, ekoloji sağlam inşaat materialları istehsalı - Mətanət A
Boya istehsalı - Fab Boya
Yanacaq energetika kompleksi. Qazma işləri - Gulf Drilling
Müxtəlif təyinatlı yerüstü və sualtı boruların örtüklənməsi və logistika xidməti- Caspian Pipe Coatings
Ağır tikinti texnikası - Agro Inter
Biotexnologiyalar - Agribioekoteks
Beton istehsalı - Spark
İlin brendi - MR. FİX
Memarlıq və layihələndirmə - Nadir Qasımov
İlin roeltor şirkəti - New Europa
Tədris mərkəzi - GRBS
Pivə istehsalı - Bakı Praqa
Mağazalar şəbəkəsi - Bizim market
Milli brend - Romantic
Ətriyyat və kosmetika şəbəkəsi - İdeal
Turizm mərkəzi - Bakı Turizm İnformasiya Mərkəzi
İlin turizm şirkəti - Azerbaycan Exspress Travel
İlin radio şirkəti - Media FM
İlin İnformasiya portalı - Milli.Az xəbər portalı
Yazılı KİV - Ayna-Зеркало
Tikinti materialları sahəsində inqilabi məhsul - İpək Yolu
Əczaçılıq - Airmed
İlin brendi - Karolina Valiant
Əməyin qorunması vasitələri və personalın təhlükəsizliyi - Vostok Service

“İlin Şirkəti” Milli Mükafatını, MINIMAX MEDIA HOLDING tərəfindən nəşr olunan aylıq «Consulting & Business» aparıcı analitik informasiya jurnalı 2006-cı ildə təsis edib.