Mərhələ II: Ljig-Pozega:

Hissə 1:
Ljig – Boljkovci, km 77+118 ÷ km 87+839
Hissə 2:
Boljkovci – Takovo, km 87+839 ÷ 100+412
Hissə 3:
Takovo – Preljina, km 100+412 ÷ 117+477

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu
40,36 km
Hərəkət zolağının eni
3,50 m / 3,75m
Hərəkət zolaqlarının sayı
4 zolaq
Yol örtüyünün ümumi sahəsi
960 500 m2
Asfaltbeton örtüyünün qalınlığı
200 mm
Torpaq işləri
8 300 000 m3
Döşənək lay
474 900 m3
Qırmadaş qarışığı
607 200 m3
Asfaltbeton qarışığı
399 100 ton
Beton işləri
311 153 m3
Körpülərin və yol ötürücülərinin sayı
65 ədəd
Tunellərin sayı
3 ədəd
Drenaj boruları
71 960 pm
Səki daşları
54 300 pm
Polad məhəccərlər
12 100 pm

Ümumi təsvir

Serbiyanın mərkəzi hissəsindən – Sumadija və Ostruznica regionlarından (dairəvi yol Е-70/Е-75) keçərək Pozegaya uzanan Belqrad – Cənubi Adriatik avtomobil yolu Serbiya və Monteneqro arasında əlaqələndirici və həmçinin Belqradı və onun ətraf ərazilərini Cənubi Adriatiklə birləşdirən ən qısa yol rolunu oynayır. Bu regionun yol şəbəkəsi, xüsusilə baş yol M-22 (Ibarska baş yolu) bir sıra sənaye şəhərlərini birləşdirir və (Lazarevac, Gornji Milanovac, Valјevo, Cacak, Pozega, Uzice və s.) və E-75 avtomobil yolu ilə birlikdə Serbiyanın yol-nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edir. Hal-hazırda Belqraddan Pozeqaya nəqliyyatın hərəkəti I dərəcəli yollar vasitəsilə təmin edilir (baş yollar M-22 və M-5). M-22 yolunun müəyyən hissələrində nəqliyyatın hərəkətində müşahidə olunan sıxlıq hərəkətin sürətinin və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətli dərəcədə azalmasına, alternativ yolların axtarılmasına səbəb olur. Uzun müddətdir bu problemin həllinə ehtiyac duyulurdu. 70-ci illərdən bəri Belqrad – Cənubi Adriatik avtomobil yolu iqtisadi inkişaf planlarının tərkib hissəsi olub və E-75 yolundan dərhal sonra tikilməsi nəzərdə tutulub. Bu avtomagistral yüksək əhəmiyyətliliyə malik olması, yerli və Avropa yol şəbəkələrində mühüm rol oynamasına görə Avropa yolu (indeks və nömrəsi- E-763) kimi səciyyələndirilir.

Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanan Kredit Sazişinə uyğun olaraq yolun tikinti işlərinə başlanılmışdır.

Layihə çərçivəsində uzunluğu 40,36 kilometr olan 4 zolaqlı ikitərəfli yol 4 il ərzində inşa olunmuşdur. Üç yol qovşağı, hər birinin uzunluğu 260 metrdən 1050 metrə qədər olan 3 tunel, 23-ü çoxyaruslu olmaqla 65 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikilmişdir. 22 kilometr məsafədə çayın deltası dəyişdirilmişdir.

Magistralın Ljig-Preljina hissəsinin açılışı Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə baş tutmuşdur. Layihə 2017-ci il 26 dekabr tarixində tamamlanıb.

Bundan sonra Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər “AzVirt” şirkətinin müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa etdiyi “Azərbaycan yolu” ilə gedəcəklər.