Füzuli Beynəlxalq hava limanının tikintisi sürətləndirilib

29 iyun 2021

Füzuli Beynəlxalq Hava Limanının tikintisinə 2021-ci il yanvar ayında başlanılıb. Hava limanında təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Hazırda uçuş-enmə zolağının və perronun tikintisində torpaq işləri başa çatdırılıb və yol geyiminin tikintisi aparılır. İlkin olaraq sentyabrın 5-də burada birinci sınaq uçuşunun yerinə yetirilməsi planlaşdırılıb. Tikintinin daha da sürətlə reallaşdırılması üçün Quruçayda iki asfalt zavodu quraşdırılıb və işə üç daşqıran qurğu cəlb olunub.

Qeyd edək ki, Füzuli hava limanının tikintisini ölkəmizin bu sahədə ixtisaslaşmış yeganə təşkilatı olan “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti icra edir. Bundan başqa, “Azvirt” MMC Zəngilan və Laçın hava limanlarının tikinti işlərində də iştirak edəcək.