Serbiya Respublikası ən vacib yol layihələrini Azərbaycan mühəndislərinə etibar edir

28 avqust 2021

Serbiya Respublikasında Ruma-Sabac-Loznica yolu layihəsinə 19 Noyabr 2019-cu il tarixində Serbiya Respublikasının Prezidenti Aleksandr Vucicin iştirakı ilə Baş Nazirin müavini və Tikinti, nəqliyyat və infrastruktur naziri Zorana Mixaylovic və “AzVirt” MMC-nin Baş direktoru Kamil Əliyev tərəfindən müqavilənin imzalanması ilə start verilib. Layihənin hər 3 LOT üzrə icrasına dair işlər aparılır. Daha çox diqqət çəkən isə LOT2-də Sava çayı üzərindən çəkilən 1,4 km-ə yaxın uzunluqda olacaq Sabac körpüsüdür. Bu körpünün inşasına 2020-ci il iyun ayından başlanılıb. Hazırda ayrı-ayrı sahələrdə armatur torların düzülməsi və beton aşırımların inşası davam etdirilir.

Sabac körpüsü
Sabac körpüsü