“AzVirt” yol tikintisində ən müasir maşın-mexanizmlərdən istifadə edir

15 dekabr 2021

Roadtec - ABŞ şirkətinin istehsalı olan yol-tikinti texnikasıdır. Roadtec maşınları məxsusi olaraq asfaltbeton qarışığının döşənilməsi zamanı bir sıra problemlərin həll olunması üçün yaradılmışdır. Əsas funksiyası yük maşınlarında daşınma zamanı seqreqasiyaya uğramış asfaltbeton qarışığının təkrarən qarışdırılaraq həmcins halına gətirilməsindən ibarətdir. Asfalt qarışığı xüsusi şneklərin köməyilə təkrarən qarışdırılır və çıxışda eyni temperaturlu və həmcins asfalt qarışığı alınır. Yük maşınlarından asfaltın boşaldılması tezləşir. Bu maşınlarda asfaltbeton qarışığı üçün xüsusi bunker vardır ki, onun köməyilə asfaltdöşəyən maşınlar fasiləsiz olaraq keyfiyyətli asfaltla təmin olunur.

Azərbaycanda "AzVirt" MMC asfaltın döşənilməsində Roadtec maşınlarından istifadə edən yeganə şirkətdir.