Serbiyalı nazirdən açıqlama

06 may 2022

Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Tomislav Momiroviç Ruma-Şabats-Loznitsa avtomobil yolu və Hrtkovci dairəvi yolunun yaxınlığında aparılan işlərə baxış zamanı ölkəsində fəaliyyət göstərən Azərbaycan şirkəti “AzVirt” MMC-nin icra etdiyi layihə barədə fikirlərini bölüşüb. “Ruma-Şabats-Loznitsa Serbiyanın qərb hissəsi üçün ən vacib infrastruktur layihəsidir. Bu, ölkəmizin bu bölgəsində iqtisadi inkişafı təmin edəcəkdir”. O, xatırladıb ki, layihənin 3-cü hissəsi - Şabats-Loznitsa ekspress yolunun tikintisi üzrə iş bir neçə ay əvvəl başlayıb və məqsəd burdakı tikintini 2024-cü ilin sentyabr ayının sonuna qədər başa çatdırmaqdır. Nazir vurğulayıb ki, Şərqi Avropada müharibənin getməsinə baxmayaraq, Serbiya əvvəlki onilliklərdə itirdiklərini kompensasiya etmək üçün ölkənin iqtisadi artımına və inkişafına diqqət yetirir. T.Momiroviç indiyə qədər görülən işlərə görə Azvirt-ə təşəkkür edib. Bununla fəxr etdiyini bildirib.

Görüşdə Serbiya rəsmiləri ilə yanaşı “AzVirt” şirkətinin Belqrad filialının icraçı direktoru Murat Türkoğlu da iştirak edib.

Daha sonra qeyd edilir ki, Ruma və Loznitsanı birləşdirəcək, ümumi uzunluğu 77 kilometr olan müasir yol üç hissədən ibarətdir. Ruma-Şabats hissəsi, 21,14 kilometr uzunluğunda tam profilli avtomobil yolu, ikinci hisssə uzunluğu 1,3 kilometr olan Sava çayı üzərində inşa olunan körpü, üçüncü hissə isə 54,58 kilometr uzunluğunda olmaqla yüksək sürətli Şabats-Loznitsa yoludur.

Mənbə: https://www.dnevnik.rs/