“AzVirt” MMC icra etdiyi layihələrlə "Qoca qitə"də diqqət mərkəzindədir

26 August 2021

Bosniya və Herseqovina Respublikasında Neretva çayı üzərində tikilən Poçiteli körpüsünün inşası hazırda Balkan yarımadasında diqqət çəkən tikinti məkanıdır. Xüsusən də bu işlərin icrasında peşəkar fəaliyyəti ilə seçilən “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti indi Avropada Azərbaycan brendinə çevrilib. Şirkət Bosniya və Herseqovinada iki layihənin icrası ilə məşğuldur.

Qeyd edək ki, Poçiteli körpüsü uzunluğu 147 metr olan 5 əsas aşırım və uzunluğu 105 metr olan 2 kənar aşırımdan ibarətdir. Cəmi uzunluq 945 metrdir. Dayaqların ən qısası 66, ən hündürü 97 metr hündürlüyündədir.