“Kvanc-Buna” tunelinin inşası

09 October 2024

“Kvanc-Buna” tunelinin inşası

Bosniya və Herseqovinada “Kvanc-Buna” tunelinin tikintisinə start verilib. Bununla əlaqədar Bosniya və Herseqovina Federasiyasının Avtomobil Yolu İctimai Şirkətinin (JP Autocesta FbiH) qərargahında imzalanma mərasimi keçirilib.

Müqaviləni investor qismində “JP Autocesta FbiH”nin direktoru Denis Lasiç və podratçı adından “China Road and Bridge Corporation”ın baş meneceri Sun Jun, Federasiyanın Nəqliyyat və Rabitə naziri Andrijana Katiç imzalayıblar. Tikintiyə dair konsorsiuma Azərbaycanın AZVİRT Məhdud Məsuliyyətli Cəmiyyəti də daxildir. İmzalanma mərasimində şirkətin regional baş direktoru Murat Türkoğlu da iştirk edib.

“Kvanj-Buna” yarımbölməsinin tikintisi Avropa İnvestisiya Bankı ilə bağlanmış kredit sazişi, Avropa İttifaqının təminatlı qrantları, eləcə də digər maliyyə mənbələri hesabına icra olunacaq. “Kvanc-Buna” tunel hissəsinin tikintisinin başa çatdırılması üçün son müddət 30 aydır.

“Kvanj-Buna” bölməsi 5,10 kilometr uzunluğundadır və Mostar cənub - Buna bölməsinin bir hissəsidir. Alt bölmə Kvanj tunelinə girməzdən əvvəl açıq marşrutla başlayır. Kvanj tuneli iki borulu tunel kimi layihələndirilib (sağ tunel borusu 2645 m, sol tunel borusu 2720 m).

Yerli mətbuatdan məqalə: https://www.tvsa.ba/autoceste-fbih-najavile-izgradnju-poddionica-koje-ce-autoputem-spojiti-mostar-sa-jugom/