İstənilən qurumun keyfiyyət strategiyasının əsas məqsədi istehsal edilən məhsulların və ya xidmətlərin keyfiyyətini təkmilləşdirməklə istifadəçi tələbatını tam şəkildə və yüksək səviyyədə ödəmək, iş fəaliyyətini yaxşılaşdırmaq, yerli, eləcə də xarici bazarda öz mövqeyini möhkəmləndirməkdir.

“AzVirt” MMC də bu baxımdan istisna deyil. Sadəcə sadalanan bütün hədəflərə “ƏN” sözünü əlavə etsək, keyfiyyət strategiyamız haqqında təsəvvür daha dolğun olar. Belə ki, biz ən keyfiyyətli materiallardan istifadə etməklə, ən qabaqcıl texnologiyaları və avadanlıqları tətbiq etməklə və ən müasir idarəetmə metodlarından yararlanmaqla uzun illərdir ki yerli bazarda lider mövqeyini saxlayır, xarici bazarda isə özümüzü ən etibarlı tərəfdaş kimi tanıtmışıq.

KEYFİYYƏT SİYASƏTİMİZ

Buna nail olmaq üçün:

Bazardakı tələbatı araşdırıb, onu ən sərfəli büdcə ilə ödəyirik;

Düzgün kadr siyasətini həyata keçirir, vəzifə səlahiyyətlərini və məsuliyyətini dərk edən mütəxəssisləri yetişdirir, mütəmadi şəkildə əməkdaşlarımız üçün müvafiq kurslar, treninqlər keçiririk;

Əməkdaşlıq əlaqələrimizi daim genişləndirir, xarici ölkələrlə təcrübə mübadiləsi aparırıq;

Hər il İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 standartlarının tələblərinə əsasən daxili audit həyata keçirir, idarəetmə sistemimizi təkmilləşdiririk;

Kefiyyət səviyyəsinin daim nəzarətdə saxlanılması üçün ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada bütün keyfiyyət parametrləri üzrə xüsusi sınaqlar həyata keçiririk.

Keyfiyyət strategiyamızın uğurlu olmasının sübutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanımıza səsləndirdiyi tərif sözləri, Serbiya Prezidenti Vuçiçin “AzVirt” ilə əməkdaşlığa verdiyi yüksək qiymət, istehlakçıların və tərəfdaşlarımızın məmnuniyyətidir.

KEYFİYYƏT SİYASƏTİMİZ

Təkcə Azərbaycanda deyil, ondan kənarda da insanların məmnuniyyətini göstərən kiçik bir nümunə kimi onu qeyd etmək olar ki, Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya “AzVirt” şirkətinin inşa etdiyi “Azərbaycan yolu” ilə səfər edənlər həmin avtomagistralın ən yüksək dünya standartlarına cavab verdiyini vurğulayırlar.

Təsadüfi deyil ki, AzVirt ölkəmizdə bir çox nominasiyalar üzrə dəfələrlə "İlin Şirkəti" seçilmiş, MDB ölkələri arasında keçirilən X Beynəlxalq Müsabiqəsində “Ən yaxşı tikinti təşkilatı”, 2018-ci ildə isə Avropanın “Ən yaxşı idarəçisi və ən yaxşı şirkəti” adını qazanmışdı.

KEYFİYYƏT SİYASƏTİMİZ

SERTİFİKATLARIMIZ