Bu gün bütün bəşəriyyəti düşündürən ən mühüm məsələlərdən biri ətraf mühitin qorunması, ekoloji balansın mühafizəsidir. Bu kontekstdə tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin üzərinə xüsusi məsuliyyət düşür.

SƏTƏM qaydalarına hər zaman riayət edən “AzVirt” şirkəti bu istiqamətdə bir sıra konkret tədbirlər görür, o cümlədən:

Hər hansı bir layihəyə başlamazdan öncə həmin ərazidə ekoloji ekspertiza keçirir;

Təmir-tikinti işlərinin gerçəkləşməsi nəticəsində ətraf mühitə, əhalinin həyat tərzinə mümkün olan təsiri qiymətləndirir;

İnşaat işlərinin aparılması dövründə ətraf mühitin mühafizəsi üçün konkret addımlar atır;

Əhalinin məskunlaşdığı ərazilərdə tikinti işləri aparılan müddətdə xüsusi mühafizə çəpərləri qurur;

İş prosesi nəticəsində əmələ gələn tullantıların ətraf mühit üçün zərərsiz olan utilizasiyasını təşkil edir;

Yalnız ekoloji təhlükəsizlik standartlarına cavab verən xammal və materiallardan istifadə edir.

Laboratoriya sınaqları təsdiq edir ki, “AzVirt” şirkətinin yol-nəqliyyat tikintisində istifadə etdiyi qırmadaş-mastikalı vә polimerli asfaltbeton qarışığı, eləcə də mineral tozları tamamilə təhlükəsizdir, atmosferə heç bir zəhərli maddə buraxmır və ətraf mühiti çirkləndirmir.