M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi (Lot1-4, km 0+000 ÷ km 92+000)
2018 - 2023
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" işlərinə 2018-ci ilin mart ayında başlanmışdır.
92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75m, ayırıcı zolağın eni 5 m olmaqla yolun torpaq yatağının eni 27,5 metr təşkil edir.
Yolda eyni səviyyədə kəsişmələrin qarşısını almaq məqsədilə körpü və yolötürücülərin, tunellərin, yeraltı keçidlərin, suötürücü boruların, heyvanlar üçün yolaltı keçidlərin tikintisi nəzərdə tutulmuşdur.
Yeni magistral yolun keçdiyi ərazi Xəzər dənizinin sahili boyunca Samur-Dəvəçi ovalığında yerləşir. Tikilən yol əsasən yaşayış məntəqələrindən, sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistral yola giriş-çıxış yolları çəkiləcək.
Yeni avtomobil yolunun tikilməsi ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına təkan verəcək, habelə, bölgədə turizmin inkişafına əlavə şərait yaradacaqdır. Layihə 4 lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29,9 km, 2-ci lot 29,9-53,5km, 3-cü lot 53,5-73,5 km, 4-cü lot isə 73,5-92,0 km-lik hissələri əhatə edir. Hazırda bütün lotlar üzrə işlər davam etdirilir.
Tikinti işləri 2023-cü ildə başa çatdırılmışdır.