2021

Qarabağda yenidənqurma işləri

44-günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi. Bununla da xalqımızn, eləcə də “AzVirt” şirkətinin tarixində yeni mərhələ başlandı. Bu gün “AzVirt” MMC azad olunmuş rayonlarda infrastruktur layihələrini həyata keçirir, bərpa və yenidənqurma işlərində fəal iştirak edir.

Hazırda Füzuli rayonu ərazisində yerləşən, təməlini Prezident İlham Əliyevin qoyduğu Beynəlxalq Hava Limanının tikintisi aparılır və onun istismara verilməsi 2021-ci ilin sonuna planlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərdə 2-ci Beynəlxalq Hava Limanının da təməli artıq Prezident İlham Əliyev tərəfindən Zəngilanda qoyuldu. Artıq Laçın rayonu ərazisində 3-cü Beynəlxalq Hava Limanının geodeziya-axtarış və layihələndirmə işlərinə başlanılmışdır.
Qürurverici faktdır ki, hər üç hava limanının inşası “AzVirt” MMC-yə həvalə olunub.

“AzVirt” MMC, həmçinin təməli Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qoyulmuş, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən yolun tikintisində və Qarabağda həyata keçirilən digər strateji əhəmiyyətli layihələrdə də iştirak edir.